İlham Zəkiyev növbəti qızıl medalını qazandı

21:43 3 Sentyabr 2022

Milli Paralimpiya Komitəsinin paracüdo idman növü üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb.

Millimizin digər üzvləri Zakir Mislimov (-90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar. Namiq Abasov və İsmayıl Muradov iki bürünc medal qazanıblar.

Beləliklə millimiz bir qızıl və beş bürünc olmaqla, ümumilikdə altı medalla Avropa çempionatını tamamlayıb. 


Digər xəbərlər

Xəbər xətti