Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi həndbolçulardan ibarət komandası ilk oyununa çıxıb.
Azərbaycan millisi B qrupunda Türkiyə ilə qarşılaşıb və 19:29 hesabı ilə uduzub.
Bu nəticədən sonra Azərbaycan millisi 3 komandanın yarışdığı qrupda sonuncu pillədə yer alıb.