Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb.
Sportarena.az xəbər verir ki, Anna Skidan çəkicatma növündə ölkəmizə qızıl medal qazandırıb. 30 yaşlı idmançı finalda 70,23 metr nəticə göstərib.