Robert Levandovski “Barselona”da tibbi müayinədən keçdi

11:44 19 İyul 2022

Polşalı hücumçu Robert Levandovski “Barselona”da tibbi müayinədən keçib. Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinə bu gün baş tutub.
 
İyulun 16-da “Barselona” Levandovskini transfer etmək üçün “Bayern” lə razılaşdığını elan edib. Hücumçu kataloniyalılarla 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
 
Levandovski “Bayern”də keçirdiyi 8 mövsümdə 375 oyunda 344 qol vurub və 72 məhsuldar ötürmə edib. 


Digər xəbərlər

Xəbər xətti