Robert Levandovski “Barselona”nın düşərgəsinə qoşuldu - VİDEO

15:23 18 İyul 2022

Polşalı hücumçu Robert Levandovski hazırda ABŞ-da təlim-məşq toplantısında olan “Barselona” klubunun heyətinə qoşulub.

Ulduz futbolçu yeni komanda yoldaşları ilə nahar zamanı salamlaşıb.

“Barselona”ya keçdiyim üçün xoşbəxtəm. Mən çoxdan İspaniyanın top-klubunda oynamaq arzusunda olmuşam. Karyeramda yeni dövr başlayır, qarşıda məni yeni maraqlı çağırışlar gözləyir”, – Kataloniya klubunun mətbuat xidmətinə açıqlama verən 33 yaşlı futbolçu vurğulayıb.

Qeyd edək ki, R.Levandovski “Barselona” ilə üç illik müqavilə imzalayıb. 

 


Digər xəbərlər

Xəbər xətti