"Barselona" ilə Levandovski transferi üçün şifahi razılıq əldə etdik" - AÇIQLAMA

17:29 16 İyul 2022

"Barselona" xeyli müddətdir heyətinə qatmaq üçün səy göstərdiyi Robert Levandovski ilə bağlı onun klubu "Bavariya" ilə razılıq əldə edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmisi Oliver Kan məlumat verib. O, "Barselona" ilə razılıq əldə etdiklərini deyib:

 

"Barselona" ilə Levandovski transferi üçün şifahi razılıq əldə etdik. Sadəcə sənədləri hazırlamağımız qalır".

 

İspaniya klubunun "Bavariya" ilə 50 milyon avro qarşılığında anlaşdığı bildirilir. "Barselona" 33 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayacaq. 


Digər xəbərlər

Xəbər xətti