Rafael Markes "Barselona"ya baş məşqçi kimi qayıtdı

12:44 15 İyul 2022

Futbol üzrə Meksika millisinin və İspaniyanın “Barselona” klubunun sabiq müdafiəçisi Rafael Markes məşqçiliyə başlayıb. 43 yaşlı veteran futbolçu bundan sonra “Barselona”nın əvəzedici komandasına rəhbərlik edəcək.
 
Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Markes köhnə-yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, bu postda Serxi Barxuanı əvəz edib.
 
Markes 2003-2010-cu illər aralığında məhz “Barselona”da oynayıb. O, həmin dövrdə bu komandanın heyətində 242 matça çıxıb, 13 qola imza atıb. 


Digər xəbərlər

Xəbər xətti