"Atletiko" braziliyalı futbolçu transfer etdi

16:52 8 İyul 2022

İspaniyanın "Atletiko" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi Portuqaliya "Jil Vesente"sindən Samuel Linonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Braziliyalı vingerlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Samuel Lino 2019-cu ilin yayından "Jil Visente"də çıxış edirdi. 


Digər xəbərlər

Xəbər xətti