Zabit Səmədovun idmançı karyerasını bitirəcəyi tarix bilindi - SON DURUM

16:59 8 İyun 2022

Azərbaycan kikboksçusu Zabit Səmədovun idmançı karyerasını bitirəcəyi vaxt bilinib.

Bu, sentyabrın 10-da olacaq. “Mauqli” ləqəbli Səmədov məhz həmin gün Milli Gimnastika Arenasında vida döyüşünü keçirəcək. Yaxın günlərdə arena bu döyüş gecəsinin biletlərini satışa çıxaracaq.

Qeyd edək ki, Zabit Səmədov 2020-ci il aprelin 11-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində britaniyalı kikboksçu “Çəkic” ləqəbli Ceyms Maksvini ilə döyüşüb karyerasını bitirməli idi. Lakin həmin vaxt ölkədə pandemiya elan olunduğundan, döyüş təxirə salınmışdı. (oxu.az)


Digər xəbərlər

Xəbər xətti