"Real" "Mançester Siti"nin hücumçusuna göz dikib

17:32 31 May 2022

"Real" "Mançester Siti"nin hücumçusu Rahim Sterlinqlə maraqlanır.

Sportarena.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, Madrid klubunun hücumçuya marağı PSJ-nin futbolçusu Kilian Mbappenin "Real"a keçməkdən imtina etməsindən sonra daha da güclənib. Sterlinq İngiltərə millisinin Millətlər Liqasında iyunda keçiriləcək matçlarından sonra gələcəyi ilə bağlı qərar verəcəyini vurğulayıb. 


Digər xəbərlər

Xəbər xətti