Toni Kroos daha iki il "Real"da

20:10 30 May 2022

“Real”ın yarımmüdafiəçisi Toni Kroos UEFA Çempionlar Liqasının “Liverpul”la (1:0) final oyunundan sonra karyerasını Madrid klubunda davam etdirəcəyini açıqlayıb.
 
Sportarena.az xəbər verir ki, alman futbolçu daha bir neçə il Madriddə qalacağını deyib: “Mən daha iki il “Real”da qalmalıyam”.
 
Kroos 2014-cü ilin iyulundan “Real”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir. 32 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümündə La Liqada 28 oyunda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. 


Digər xəbərlər

Xəbər xətti