"İskonun "Real"dakı karyerası başa çatır" - AÇIQLAMA

14:44 22 May 2022

"Real"ın futbolçusu İsko bu  mövsümün sonunda klubdan ayrılacaq.

Sportarena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti La Liqanın 38-ci turunun "Betis"lə oyunundan (0:0) sonra goal.com-a açıqlamasında deyib: "İskonun "Real"dakı karyerası başa çatır və bu, əla karyera idi".

Qeyd edək ki, İsko 2013-cü ilin iyulunda "kral klubu"na keçib. 30 yaşlı ispan futbolçu bu mövsüm 17 oyunda 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti