Azərbaycan "Prezident kuboku-2022"ni 33 medalla tamamladı

02:32 8 May 2022

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatası başa çatıb.

 

Sportarena.az xəbər verir ki, reqatanın ikinci günündə yarışlar Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib və Azərbaycan milli komandası 3 yaş kateqoriyasında 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

 

Turnirin birinci günündə Suqovuşan su anbarında yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunmuş kayak və kanoe yarışlarında Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanmışdı.

 

Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Hər iki ölkənin idmançısına kubok təqdim olunub.

 

Azərbaycan komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.


Digər xəbərlər

Xəbər xətti