"Sabah"ın legionerinin zədəsi ciddi deyil

16:25 6 May 2022

"Sabah"ın ispaniyalı futbolçusu Xuan Kamarının durumu məlum olub.

Sportarena.az xəbər verir ki, Premyer Liqanın 25-ci turunun "Qarabağ"la səfər matçında zədələnən futbolçunun zədəsi ciddi deyil. Kamaranın Premyer Liqanın 26-cı turunun "Səbail"ə qarşı keçiriləcək oyununda meydana çıxacağı ehtimal edilir. 

Mayın 8-də "ASCO Arena"da baş tutacaq matça saat 18:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti