“Arsenal” Arteta ilə müqavilənin müddətini uzatdı

14:00 6 May 2022

“Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqavilənin müddətini uzadıb.

Sportarena.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə 2024/25-ci il mövsümünün sonuna kimi müqavilə bağlanılıb.

Xatırladaq ki, Arteta 2019-cu ilin dekabrından “topçular”a başçılıq edir. İspaniyalı mütəxəssisin rəhbərliyi altında komanda bir dəfə ölkə kuboku və İngiltərə superkubokunun qalibi olub.


Digər xəbərlər

Xəbər xətti