Namik Ələskərov daha bir "Super Liqa" klubunun hədəfində

11:06 6 May 2022

“Bursaspor”da çıxış edən Azərbaycan millisinin hücumçusu Namik Ələskərov Türkiyədə daha bir klubun diqqət mərkəzinə düşüb.
 
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə “Ankaragücü” yaxından maraqlanır.
 
Bu mövsüm Super Liqaya yüksələn paytaxt təmsilçisi təcrübəli oyunçunu heyətinə qatmaq istəyir. Daha əvvəl “Sivasspor”un da Ələskərovun xidmətində maraqlı olduğu bildirilirdi.
 
Ələskərovun “Bursaspor”la 2023-cü ilin yayınadək müqaviləsi var.


Digər xəbərlər

Xəbər xətti