Benzema qələbəni belə şərh etdi

14:59 5 May 2022

"Real Madrid"in hücumçusu Kərim Benzema komandasının Çempionlar Liqasının yarımfinalının cavab matçında "Mançester Siti"ni dramatik şəkildə yenərək (3:1) finala yüksəlməsindən sonra sosial şəbəkədə post paylaşıb.

 

Sportarena.az xəbər verir ki, o, ilk oyunda 3:4 hesabı ilə uduzduqları rəqib üzərində qazanılan zəfəri üç cümlə ilə dəyərləndirib:

 

"Bu gecə emosiyalar fırtınası idi... Komanda ilə fəxr edirəm. Fransadakı finalda görüşərik".

 

Benzema 95-ci dəqiqədə penaltidən komandasının 3-cü qolunu vurub. 

 

"Liverpul" və "Real" arasında baş tutacaq həlledici oyun mayın 28-də "Stad de Frans"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti