Bu gün Yüksək Liqanın pley-off mərhələsinin oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, hər iki oyun Bakı İdman Sarayında baş tutub.
İlk oyunda “Baku Fire” “Araz” (Naxçıvan) ilə qarşılaşıb. “Neftçi” isə EKOL-la üz-üzə gəlib.
Xatırladaq ki, ilk turda “Araz” (9:3) və EKOL (2:0) komandaları qalib gəlmişdi.
Yüksək Liqa
Pley-offun 2-ci mərhələsi
4 may
Baku Fire – Araz (Naxçıvan) (0:2) 0:6
Hakimlər: Knyaz Əmiraslanov, Ziya Nəsirov, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 12:00.
Neftçi İK – EKOL (1:0) 2:4
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:45.