"Qəbələ"nin keşmiş baş məşqçisi Yunanıstan klubunu çalışdıracaq

10:54 4 May 2022

“Qəbələ”nin əvəzedici komandasının keçmiş baş məşqçisi Darill Villard karyerasını Yunanıstanda davam etdirəcək. 

 

Sportarena.az xəbər verir ki, ingiltərəli mütəxəssis “Episkopi” klubu ilə anlaşıb. 

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.  

 

Yunanıstanın 2-ci liqasında çıxış edən və hazırda 7-ci yerdə qərarlaşan klub 39 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalayıb. 

 

Qeyd edək ki, Daril Villard 2010 – 2012-ci illərdə “Qəbələ”yə rəhbərlik edib. Kollektiv onun rəhbərliyi altında əvəzedicilərin çempionatında bürünc və gümüş medallara sahib çıxıb. O, həmçinin, artıq fəaliyyətini dayandıran AZAL klubunda akademiyanın direktoru olub.


Digər xəbərlər

Xəbər xətti