Emeri:"Evdə yaxşı nəticələr əldə edirik"

15:45 3 May 2022

"Vilyarreal"ın baş məşqçisi Unai Emeri UEFA Çempionlar Liqasının yarımfinalında "Liverpul"la cavab oyunu öncəsi fikirlərini bildirib.

 

Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, evdə yaxşı nəticələr əldə etdiklərini deyib: "0:2 ilə başlamaq asan deyil. Çalışacağıq ki, matç ərzində hesabı bərabərləşdirməyə kömək edəcək vəziyyətlər yarataq. Azarkeşlərimiz önündə oynayırıq və qələbə qazanmaq istəyirik. Müdafiədə yaxşı oynamaq lazımdır. Çalışacağıq ki, Liverpuldakı oyundan fərqli olacaq futbolumuzu göstərək".

 

Qeyd edək ki, bu gün keçiriləcək "Vilyarreal" - "Liverpul" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Mersisayd təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

 
 


Digər xəbərlər

Xəbər xətti