AFFA rəsmisi AÇ-nin oyunlarına təyinat aldı

15:32 3 May 2022

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

Sportarena.az xəbər verir ki, Hacı-Məhərrəmov 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarında UEFA nümayəndəsi olacaq.

O, qrup mərhələsinin 6, həmçinin 1/4, yarımfinal və final oyunlarında iş başında olacaq.

​Avropa çempionatının final mərhələsi 16 may-1 iyunda İsraildə təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti