“Azərbaycan millisi mənim üçün yaxşı çağırışdır”- AÇIQLAMA

10:56 1 May 2022

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Rixard Trautman Avropa Cüdo İttifaqının (EJU) rəsmi saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, komandamızdakı fəaliyyəti ilə bağlı bunları söyləyib:

 

“Cüdo Azərbaycanda olimpiya medalı gözlənilən 3 əsas idman növündən biridir. Buna görə, əlbəttə, təzyiq var. Amma istənilən halda mənim üçün yaxşı çağırışdır”.

 

Almaniyalı mütəxəssis ölkəsinin yığmasından ayrılmasının səbəbinə də toxunub. O bildirib ki, növbəti olimpiya tsiklində gələcək inkişafla bağlı fikir ayrılıqlarına görə, bu addım atılıb:

 

“Ona görə də razılaşmayacağımızı başa düşdük və əməkdaşlığı dayandırmağa qərar verdik”.


Digər xəbərlər

Xəbər xətti