“Tottenhem”in baş məşqçisi Antonio Konte azarkeşlərə müraciət edib.
Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, o, klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə görə bu addımı atıb:
“Saxta xəbərlərə qulaq asmayın. Komandaya problem yaratmaq istəyənlər var. Qarşıda bizi beş oyun gözləyir, mövsümün sonunda klubla danışacam. Biz ən yaxşı qərarı verəcəyik”.
Kontenin London klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Onun Fransanın PSJ komandasına keçəcəyi iddia olunur.