PSJ-nin futbolçusu Kilian Mbappe yeni uğura imza atıb.
Sportarena.az xəbər verir ki, o, buna Liqa 1-in 35-ci turunda "Strasburq"la səfər matçında (3:3) dubl etməklə nail olub. 23 yaşlı hücumçu Paris təmsilçisində vurduğu qolların sayını 115-ə çatdırıb. Nəticədə Mbappe klubun sabiq oyunçusu, hazırda "Milan"da çıxış edən Zlatan İbrahimoviçi (113 qol) geridə qoyub. Mbappe bu göstəricidə 4-cü yerə yüksəlib.