Tanınmış futbolçu yeni müqavilə imzaladı

11:35 30 Aprel 2022

"Real Sosyedad" futbolçusu David Silva ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.



2020-ci ilin iyulundan "Real Sosyedad"da çıxış edən Silva komandada 56 oyunda 3 qol vurub, 9 məhsuldar ötürmə edib.



​İspan oyunçu karyerası ərzində "Valensiya", "Selta" və "Mançester Siti" klublarında çıxış edib.

 


Digər xəbərlər

Xəbər xətti