“Qəbələ”nin daha bir futbolçusu sıradan çıxıb.
Sportarena.az xəbər verir ki, Azərbaycan kubokunun yarımfinalında hazırda "Qarabağ"la görüşdə "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Fernan Lopes zədələnib.
İspaniyalı futbolçu ayağındakı ağrılara görə erkən əvəzlənməli olub. 42-ci dəqiqədə Lopesin əvəzinə Ülvi İsgəndərov meydana daxil olub.
Qeyd edək ki, Fernan Lopes aprel ayının əvvəlindən zədəli idi. O, zədəsini yenicə sağaltmışdı. "Qəbələ"də Omar Hani, Yaovi Akokpo və Gülağa Əsədov da zədədən əziyyət çəkir.