Azərbaycan Premyer Liqasında legioner limiti 6+5 sistemi ilə tətbiqi davam etdiriləcək.
Sportarena.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul edib. Çempionatda əvəzetmə sayı da dəyişdirilməyib (3 əvəzetmə sayı saxlanılıb).
Bundan başqa, Azərbaycan Premyer Liqasında gənc futbolçular üçün yaş limiti ləğv olunub.
2022/2023 mövsümündən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdiriləcək.
2023/2024 mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə biləcək. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdiriləcək.