"Barselona"nın daha bir futbolçusu koronavirusa yoluxub

15:58 29 Aprel 2022

İspaniyanın “Barselona” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
 
Sportarena.az xəbər verir ki, Martin Breytveytin də COVİD-19 testi pozitiv çıxıb.
 
Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. 31 yaşlı danimarkalı hücumçunun səhhətinin yaxşı olduğu bildirilib.
 
Ötən gün "Barselona"da Oskar Mingesada da koronavirus aşkarlandığı açıqlanmışdı.


Digər xəbərlər

Xəbər xətti