“Qalatasaray”da aprelin 30-da keçirilməsi planlaşdırılan prezident seçkiləri ləğv olunub.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Apellyasiya Məhkəməsinin Ümumi Yığıncaqla bağlı qərarı olub. Bildirilib ki, klubun prezident seçkisi keçirilməyəcək.
Daha əvvəl məhkəmə aprelin 19-da da seçkini ləğv etmişdi. Lakin Asliye Hüquq Məhkəməsi prosesin baş tuta biləcəyini açıqlamışdı.
Qeyd edək ki, “Qalatasaray”ın hazırkı prezidenti Burak Elmasdır. İdarə Heyəti onun fəaliyyətindən razı qalmadığı üçün yeni prezident seçmək qərarı alınmışdı.