"Barselona"ya məxsus olan "Atletiko Madrid"də icarə əsasında çıxış edən Antuan Qrizmanın gələcəyi məlum deyil.
Sportarena.az xəbər verir ki, fransız futbolçunun Madrid təmsilçisi ilə müqaviləsi bu yay başa çatır və o, Barsa-ya geri dönməlidir. Lakin, Atletiko rəhbərliyi Qrizmanla vidalaşmaq istəmir. Barcelona isə öz növbəsində Qrizmanın tam transferi üçün 80 milyon avro tələb edir.
Qeyd edək ki, Qrizman bu mövsüm Atletiko-nun heyətində 24 oyun keçirib, 3 qol və 2 assistlə yadda qalıb.