Manchester United-in baş məşqçisi Ralf Ranqnik Avstriya millisinin sükanı arxasına keçməyə yaxındır.
Sportarena.az xəbər verir ki, almaniyalı mütəxəssis yığmaya rəhbərlik etməyə öz razılığını verib.
Avstriya Futbol Federasiyasının prezidenti Gerhard Milletiçin aprelin 29-da Ranqnikin namizədliyini qurumun rəyasət heyətinə təqdim edəcək. Bundan sonra 64 yaşlı baş məşqçinin təyinatı açıqlana bilər.
Qeyd edək ki, Ralf Ranqnik 2021-ci ilin dekabrından Manchester United-ə başçılıq edir. (report)