Ölüm xəbəri yayılan futbol meneceri Mina Rayola açıqlama verib.
Sportarena.az xəbər verir ki, o, tvitterdə paylaşım edərək sağ olduğunu bildirib:
"Maraqlananlar üçün hazırkı sağlamlıq vəziyyətimin pis olmadığını bildirirəm. Amma mən qəzəblənirəm. 4 ayda ikinci dəfə məni öldürdülər. Deyəsən, mən də dirilməyi bacarıram".
****
Bir sıra tanınmış futbolçuların agenti olan Mino Rayola dünyasını dəyişib.
Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, o, 54 yaşında xəstəlikdən vəfat edib.
Rayola yanvarda İtaliyanın Milan şəhərində ağır əməliyyat keçirib. Həmin vaxt italiyalı agentin səhhətinin həyatı üçün təhlükəli olmadığı və bərpa prosesini evində keçirəcəyi açıqlanıb.
Qeyd edək ki, Mino Rayola İngiltərən "Mançester Yunayted"ində çıxış edən Pol Poqba və Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Erlinq Holannın agenti idi.