"Neftçi" və "Şamaxı"nın futbolçuları cəzalandırıldı

16:11 28 Aprel 2022

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

 

Sportarena.az xəbər verir ki, toplantıda Premyer Liqanın 24-cü turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib. "Şamaxı"nın futbolçusu Franko Floresi bir oyunluq cəzalandırıb. Buna səbəb 29 yaşlı müdafiəçinin "Sabah"a 1:5 hesabı ilə uduzduqları oyunda qırmızı vərəqə alaraq meydandan qovulması olub. Həmçinin klub 200 manat cərimələnib. 

 

"Neftçi"nin oyunçusu Ömər Buludova da 1 oyunluq komandasına kömək edə bilməyəcək. 24 yaşlı müdafiəçi "Səbail"ə səfərdə görüşündə (1:0)  ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Paytaxt təmsilçisi 200 manat crimələnib. 


Digər xəbərlər

Xəbər xətti