"Liverpul" Yurgen Kloppla müqavilənin müddətini uzatmaq istəyir.
Sportarena.az “The Times”-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 54 yaşlı məşqçiyə yeni müqavilə təklif etməyə hazırlaşır. 2015-ci ildən "Liverpul"u çalışdıran Klopp komandadan ayrıla biləcəyini söyləyib.
Amma Mersisayd klubu onunla daha yaxşı şərtlərlə müqavilə imzalamaq niyyətindədi.