ÇL: Benzema ilk pillədə

13:55 27 Aprel 2022

"Real"ın futbolçusu Kərim Benzema bu mövsüm Çempionlar Liqasının bombardirləri siyahısında birinci pilləyə yüksəlib. 

 

Sportarena.az xəbər verir ki, o, bu gün keçirilən "Mançester Siti" ilə yarımfinalın ilk matçında dubl edib. Bununla da qollarının sayını 14-ə yüksəldən fransalı hücumçu bombardirlər siyahısında Robert Levandovskini ("Bavariya", 13 qol) geridə qoyaraq ilk pilləyə yüksəlib. 

 

3-cü yerdə isə 11 qolla "Ayaks"ın futbolçusu Sebastian Hallerdir. 

 

Qeyd edək ki, bu gün "Mançester Siti" "Real"a 4:3 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı mayın 4-ü Madriddə keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti