Millimizin rəqibi rusiyalı məşqçiyə tapşırılır

12:20 27 Aprel 2022

Qazaxıstan mili komandasının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yığmanı Maqomed Adıyev çalışdıracaq. Bu barədə "Çempionat" nəşri məlumat yayıb.

 

Rusiyalı mütəxəssis hazırda "Şaxtyor"u (Karaqanda) çalışdırır. 44 yaşlı məşqçi millidə işləmək üçün klubdan ayrılacaq. Yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq.

 

Maqomed Adıyev Qazaxıstan yığmasının baş məşqçisi postunda Andrey Karpoviçi əvəz edəcək.

 

Qeyd edək ki, Qazaxıtan millisi UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alıb. Yığmamız qazaxlarla ilk oyunu iyunun 3-də səfərdə, cavab matçını isə sentyabrın 25-də Bakıda keçirəcək.


Digər xəbərlər

Xəbər xətti