"Barselona" müqaviləsini yenilədiyi futbolçuya 1 milyard avro qiymət qoyub

15:20 26 Aprel 2022

"Barselona" futbolçusu Ronald Arauxo ilə yeni müqavilə imzalayıb. 

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uruqvaylı müdafiəçi ilə bağlanan yeni sözləşmənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. 

 

Həmçinin sözləşmədə o da qeyd olunub ki, Arauxonu transfer etmək istəyən klublar 1 milyard avro təmzinat ödəməli olacaqlar. 

 

Qeyd edək ki, Arauxo 2018-ci ildən "Barselona"da oynayır. O, bu mövsüm 30 matçda 4 qol vurub.


Digər xəbərlər

Xəbər xətti