Kyellini İtaliya millisindən gedir

12:55 26 Aprel 2022

Corco Kyellini İtaliya milli komandasındakı karyerasını başa vuracaq.
 
Sportarena.az xəbər verir ki, bu haqda məlumatı futbolçu özü açıqlayıb.
 
37 yaşlı müdafiəçi iyunun 1-də Argentina ilə “finalissima” adı altında keçiriləcək qarşılaşmada İtaliya yığması ilə vidalaşacaq: 
 
“Yaxşı durumda olsam, “Uembli”də Argentinaya qarşı görüşdə iştirak edəcəm. Bayram əhval-ruhiyyəli matçda yığma ilə vidalaşmaq istəyirəm”.
 
İtaliya Avropa çempionu, Argentina isə Cənubi Amerikanın qalibi olduğu üçün bu oyun təşkil edilib. “Finalissima” adlı matç UEFA və KONMEBOL arasında 2028-ci ilə qədər davam edəcək əməkdaşlıq çərçivəsində ilk birgə layihədir.
 
Kyellini 2004-cü ildən İtaliya millisinin formasını geyinir.


Digər xəbərlər

Xəbər xətti