"Real"ın futbolçuları David Alaba və Kazemiro Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” ilə ilk oyunu buraxa bilər.
Sportarena.az "Marca"ya istinadən xəbər verir ki, braziliyalı oyunçu La Liqanın 33-cü turunda “Osasuna” ilə görüşü (3:1) buraxıb. Avstriyalı müdafiəçi isə ilk hissədən sonra dəyişdirilib.
Bildirilib ki, Kazemiro və Alaba ilə bağlı yekun qərar matç ərəfəsində veriləcək.
Qeyd edək ki, sabah keçiriləcək "Mançester Siti" - "Real" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.