41 yaşlı Xuakin daha 1 il oynayacağını açıqladı

16:56 25 Aprel 2022

"Betis"in kapitanl Xuakin Sançes İspaniya kubokunu qazandıqları oyundan sonra karyerası ilə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, iyul ayında 41 yaşı tamam olacaq yarımmüdafiəçi daha bir il oynamaq istədiyini bildirib:

 

"Karyeramla bağlı planımın pozulum-pozulmadığını deyə bilmərəm. Futbolla vidalaşacağımı gözləyənlərdən üzr istəyirəm. Amma mən daha 1 il oynayacağam".

 

Qeyd edək ki, "Betis"in yetirməsi olan Sançes bu klubda 447 oyuna 61 qol vurub, 44 məhsuldar ötürmə edib. İspaniya millisinin sabiq üzvü "Malaqa," Valensiya" və "Fiorentina"da da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti