Vadjidən uğurlu göstərici

14:10 25 Aprel 2022

“Qarabağ”ın futbolçusu İbrahima Vadji son oyunlarda inamlı çıxışı ilə yadda qalır.

 

Sportarena.az xəbər verir ki, seneqallı hücumçu son 3 oyunda 6 qol vurub.

 

Premyer Liqamızın 24-cü turunda ötən gün “Qəbələ” ilə keçirilən görüşdə (2:0) dubl edən forvard 23-cü turda “Şamaxı”nı 8:0 udduqları matçda het-triklə yadda qalmışdı. O, bir neçə gün əvvəl “Qəbələ” ilə yarımfinal matçında (3:1) da fərqlənməyi bacarıb.

 

Qeyd edək ki, Jadji bu mövsüm Premyer Liqada 10 qol vurub.


Digər xəbərlər

Xəbər xətti