Yamaykanın 19 yaşadək futbolçulardan ibarət millisinin futbolçusu Omar Lainq ölkənin paytaxtı Kinqstonda öldürülüb.
Sportarena.az "Jamaica Obsrever"ə istinadən xəbər verir ki, 18 yaşlı oyunçu yoldan keçən avtomobildən atəşə tutulub. Ölümcül yaralanan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Əlavə edək ki, faciə Lainqin ad gününü qeyd etdiyi gün baş verib.