Fransa millisinin və "Atletiko"nun futbolçusu Antuan Qrizmann DÇ-2022-dəki favoritlərini açıqlayıb.
Sportarena.az xəbər verir ki, 31 yaşlı hücumçu GQ-ya açıqlamasında deyib:
“Braziliya , Argentina , İspaniya və Fransa favoritlərdir. Amma qarşıda hələ vaxt var. Yaxşı komandamız var, ardıcıl 9 oyunda uduzmamışıq. Bu, yaxşı əlamətdir. Ardıcıl ikinci dünya çempionatını qaza bilərsinizmi deyə çoxlu suallar verilir. Amma bu, çox çətin bir işdir".
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək.