PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Qətərin paytaxtı Dohada komandanın hücumçusu Kilian Mbappenin ailəsi ilə görüşüb.
Sportarena.az xəbər verir ki, bu barədə jurnalist Adrien Qrenyer Tvitter hesabında məlumat yayıb. Lakin görüş komandanın 23 yaşlı forvard ilə müqavilənin mümkün uzadılması məsələsində irəliləyişinə təsir etməyib. Amma Mbappenin ailəsi Qətərdə tətildə olduğuna görə tərəflərin görüşündə bu məsələ əsas olmayıb.
Daha əvvəl bildirilmişdi ki, Mbappe PSJ-də komandanın Çempionlar Liqasını qazanmasına imkan yarada biləcək dəyişikliklər görsə, yeni müqavilə imzalaya bilər.
Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlərdə 41 oyunda 33 qol vurub və 22 qolun ötürməsini verib. Onun klubla sözləşməsi yayda başa çatacaq.