Konfrans Liqasında VAR-ın tətbiq olunacağı rəsmiləşdi

18:15 22 Aprel 2022

UEFA-nın Konfrans Liqasının yarımfinal oyunlarında VAR sistemindən istifadə edəcəyi dəqiqləşib.

Sportarena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bundan əvvəl yalnız finalda bu texnologiyadan istifadə planlaşdırılırdı. 

Qeyd edək ki, Konfrans Liqasının yarımfinalında “Lester" “Roma” ilə, “Feyenoord” isə "Marsel”lə qarşılaşacaq. Yarımfinal mərhələsinin ilk oyunları aprelin 27 və 28-də, cavab qarşılaşmaları isə 4 və 5 mayda keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti