“Mançester Yunayted” və Portuqaliya millisinin üzvü Kriştianu Ronaldo yeni doğulan qız övladı ilə fotosunu paylaşıb.
Sportarena.az xəbər verir ki, instaqram hesabında paylaşım edən ulduz futbolçu ölən oğlan övladına görə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:
“Evimiz, gözəl evimiz. Corcina və körpə qızımız nəhayət ki, bizimlədir. Biz hər kəsə bütün ürək sözləri və jestləri üçün təşəkkür edirik. Sizin dəstəyiniz çox vacibdir və biz sizin sevginizi, hörmətinizi səmimi qəlbdən hiss etdik. Artıq bu dünyaya yeni gələn varlığa görə həyata minnətdar olmaq zamanıdır”.