Ukraynalı futbolçu göz yaşlarını saxlaya bilmədi - VİDEO

11:51 22 Aprel 2022

Kiyev "Dinamo"sunun müdafiəçisi Oleksandr Karavayev Rumıniyada yerli "CFR Cluj"la oyundan sonra mətbuat konfransında danışarkən göz yaşlarına hakim ola bilməyib.

 

Sportarena.az xəbər verir ki, mətbuatla söhbətində Karavayev bütün rumıniyalılara dəstəyə və bu oyunu keçirmək imkanına görə təşəkkür edib.

 

Futbolçu qeyd edib edib ki, meydana çıxıb matçda qaçmaq çox çətin idi, lakin belə bir vəziyyətdə ölkə üçün edə biləcəyi yeganə iş budur: “Qaçqınlar və qurbanlar üçün vəsait toplamaq”.

"Sülh Naminə Maç! Müharibəni dayandıraq!" turu çərçivəsində xeyriyyə oyunu Kluj-Napoka şəhərində baş tutub və qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, 29 yaşlı Karavayev Xersondandır. O, Ukrayna millisində 40 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti