"Vəziyyət belə qalsa, çətin olacaq" - AÇIQLAMA

11:25 22 Aprel 2022

PSJ-nin qapıçısı Keylor Navas klubdakı gələcəyi ilə bağlı danışıb.  

 

Sportarena.az Fransa mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı qolkiper komandadakı digər qapıçı Canluici Donnarumma ilə münasibəti yaxşı olsa da, hər matçda start heyətdə meydana çıxmaq istədiyini deyib:

 

“Biz vəziyyəti düzəltməliyik. Donnarumma ilə yaxşı münasibətim var. Amma mən hər matçda oynamaq istəyirəm. Əgər vəziyyət builki kimi qalsa, çətin olacaq. Durum dəyişməlidir".

Qeyd edək ki, Navas bu mövsüm bütün yarışlarda 23 oyuna çıxıb. 23 yaşlı Donnarumma isə 22 matçda oynayıb. 


Digər xəbərlər

Xəbər xətti