Busqets İnyestanı qabaqladı

10:52 22 Aprel 2022

"Barselona"nın futbolçusu Serj Busqets komandada keçirdiyi matç sayına görə klubun sabiq oyunçusu Andres İnyestanı qabaqlayıb. 

Sportarena.az xəbər verir ki, o, buna La Liqanın 33-cü turunda "Real Soysedad"la hazırda davam edən görüşdə meydana çıxmaqla nail olub. Nəticədə 33 yaşlı yarımmüdafiəçi komandada 675-ci oyununu keçirib. Bu göstərici ilə o, Andres İnyestanı (674 matç)  qabaqlayıb. 

Busqets yalnız komandanın sabiq futbolçuları Xavi (767) və Lionel Messidən (778) geri qalır. 

Qeyd edək ki, Busqets 2008-ci ildən "Barselona"da oynayır. İnyesta isə 2002-2018-ci illərdə bu komandada çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti