AFFA-nın baş katibi Sərxan Hacıyev sələfi Elxan Məmmədovdan sonra AFFA-dakı əsas işləri kimin görəcəyini açıqlayıb.
Sportarena.az xəbər verir ki, o deyib: “Elxan Məmmədov tam olaraq FİFA-nın işçisi olacaq və AFFA-da ictimai əsaslarla işləyəcək. Hazırda 3 vitse-prezident var. Elxan Məmmədov onlardan biri olacaq. Ümumi idarətmə tam olaraq baş katibin səlahiyyətinə keçəcək”.
Sərxan Hacıyev “Siz baş katib təyin ediləndən sonra Elxan Məmmədov FİFA-da vəzifə aldı. Əvvəlcədən belə ehtimal var idi” sualına belə cavab verib: “Bu sualı Elxan Məmmədova versəniz, yaxşı olar. Düşünürəm ki, bir-birindən asılı məsələ deyil. Məndə əvvəlcədən belə məlumat yox idi”.